İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb Səfər zamanı Əli Təyyibniyə bir sıra görüşlər keçirəcək
Maliyyə
26 Yanvar , 2015 10:16
İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyənin Azərbaycana səfərinin vaxtı açıqlanıb.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.

O deyib ki, iranlı nazir Bakıya yanvarın 28-də gələcək.

İkigünlük səfər zamanı Ə.Təyyibniyə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmilərlə görüşəcək.

Səfər zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi