"Bank Melli İran-Bakı"nın aktivləri bu il 11% artıb

"Bank Melli İran-Bakı"nın aktivləri bu il 11% artıb İran bankının Bakı filialında problemli kreditlərin həcmi 30% artıb
Maliyyə
30 Oktyabr , 2015 11:34
Bank Melli İran-Bakının aktivləri bu il 11% artıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Bank Melli İran"ın Bakı filialının aktivləri ilin əvvəli ilə müqayisədə 11,2% artaraq oktyabrın 1-nə 85,2 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, oktyabrın 1-nə Bankın kredit portfeli 15,1 mln. manat təşkil edib ki, bunun da 9,4 mln. manatı istehlak kreditlərinin payına düşüb. Hesabata əsasən, Bankın kredit portfelinin 36,7%-nin və ya 5,5 mln. manatının ödəniş vaxtı keçib. Vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi II rübdən azalmağa başlayıb. Əgər bu ilin aprelin 1-nə vaxtı keçimiş kreditlər 48,2% təşkil edirdisə, iyulun 1-nə bu göstərici 40%-ə enib.

Ötən ilin müvafiq dövrünə nisbətən isə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisində 9,02 faiz bəndi azalma qeydə alınıb. Buna baxmayaraq, problemli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% artıb.

Qeyd edək ki, cari ilin oktyabrın 1-nə "Bank Melli İran-Bakı"nın nizamnamə kapitalı 51,4 mln. manat, məcmu kapitalı 51,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi