​İran Asiya Bankında pay alır

​İran Asiya Bankında pay alır Rəsmi Tehran AİİB-in 2,8%-lik hissəsinə sahib olmaq niyyətindədir
Maliyyə
27 Oktyabr , 2015 17:54
​İran Asiya Bankında pay alır

Bakı. 27 oktyabr. REPORT.AZ/ İran hökuməti Asiya İnfrastruktur və İnvestisiya Bankında (AİİB) iştirak payı almaq niyyətindədir. "Report"un İran mediasına istinadən verdiyi xəbərə görə, bunu ölkənin iqtisadiyyat nazirinin müavini Məhəmməd Xəzai deyib.

Nazir müavininin sözlərinə görə, rəsmi Tehran AİİB-in 2,8%-lik hissəsinə sahib olmaq fikrindədir: "İran müəyyən regionlarda təmsil olunmaq üçün Rusiya və Çin tərəfindən yaradılan beynəlxalq bankların səhmlərini almaq fikrindədir. Bu baxımdan Çin tərəfindən yaradılan AİİB-in 2,8%-lik hissəsini almaqda qərarlıyıq".

O, həmçinin İranın Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Rusiya və başqa ölkələrin maraqlı olduqları Yeni İnkişaf Bankında (BRICS) pay almaq istəmələrini də deyib. İran rəsmisi BRICS-də pay almaq üçün danışıqlar aparmalı olduqlarını deyib.

Qeyd edək ki, AİİB 2014-cü ilin oktyabrında 27 ölkənin imzası ilə Pekində (Çin) yaradılıb və kapitalının əsas hissəsinin infrastruktur layihələrinin reallaşdırılmasına ayrılacağı açıqlanıb.

Son xəbərlər

Orphus sistemi