Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 4% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 4% artıb Avqustun 1-nə olan göstəricilərə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub
Maliyyə
11 Sentyabr , 2015 20:03
Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 4% artıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Avqustun 1-nə olan göstəricilərə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub. “Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. İşçilərdən 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumatda qeyd olunub ki, muzdla işləyənlərin 22,2 %-i təhsil, 18,9 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 %-i sənaye, 8,8 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 4,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,0 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i informasiya və rabitə, 17,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Cari ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 458,9 manat olub. Bildirilir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi