"İpək Yolu Sığorta"nın mənfəəti 24% artıb

"İpək Yolu Sığorta"nın mənfəəti 24% artıb Ötən il şirkətin xərclərində 56% artım müşahidə olunub
Maliyyə
7 Aprel , 2016 15:03
İpək Yolu Sığortanın mənfəəti 24% artıb

Bakı. 7 aprel. REPORT.AZ/ "İpək Yolu Sığorta" ASC-nin aktivləri illik müqayisədə 8,20% artaraq 2016-cı ilin əvvəlinə 31,209 mln. manata çatıb. "Report"un şirkətin hesabatına istinadən verdiyi xəbərə görə, şirkət ötən il 33,222 mln. manat həcmində gəlir əldə edib. Bu müddətdə xərclər isə 26,936 mln. manat təşkil edib. Şirkətin gəlirlərində əvvəlki illə müqayisədə 48,82%, xərclərdə isə 56,08% artım müşahidə olunub.

Beləliklə, "İpək Yolu Sığorta" ötən ili 6,287 mln. manat mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 24,1% çoxdur. İlin yekununda 1,257 mln. manat mənfəət vergisi ödədikdən sonra şirkətin xalis mənfəəti 5,03 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi