İnkişaf etməkdə olan ölkələrin borc bazarında maliyyə böhranı yaranacaq

İnkişaf etməkdə olan ölkələrin borc bazarında maliyyə böhranı yaranacaq Buna səbəb iqtisadi artımın zəifləməsi ola bilər
Maliyyə
17 Oktyabr , 2016 20:40
İnkişaf etməkdə olan ölkələrin borc bazarında maliyyə böhranı yaranacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ İnkişaf etməkdə olan ölkələrin yüksək gəlir vəd etməsi bu kateqoriyadan olan ölkələrə maliyyə vəsaitlərinin axmasını təmin edib və bu ölkələrin kredit göstəricilərinin pisləşməsinə gətirib çıxarıb. 

"Report" "Vesti" agentliyinə istinadən xəbər verir ki, inkişaf etməkdə olan ölkələrin iqtisadi artımı zəifləyərkən borc həcmi artmağa başlayıb. Bu da inkişaf etməkdə olan ölkələrdə 2015-ci ildə 26 emitentin iflas elan etməsinə gətirib çıxarıb. 

"S&P" reytinq agentliyinin hesabatına əsasən, spekulyativ borc öhdəliklərinə görə problemli borcların əmsalı 3,1%-ə yüksəlib ki, bu da 2009-cu ildən etibarən ən yüksək rəqəmdir. Gələcəkdə bu göstəricinin daha da artması gözlənilir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə emitentlərin yarıdan çoxunun kredit reytinqi "spekulyativ" və ya daha da aşağıdır. "S&P" agentliyi 2015-ci ildə bu kateqoriyadan olan ölkələrin 290 emitentinin reytinqini azaldarkən, 80-i artırıb.

OECD təşkilatının hesabatına görə qloabl ticarətin zəif inkişaf etməsi qlobal iqtisadi artımın dayanıqlılığına mənfi təsir edir. "ABŞ-ın "Citigroup" maliyyə holdinqinin hesabatına görə dünya ticarətinin artım tempinin ÜDM-in artım tempinə olan nisbəti 1930-cu ildən etibarən ən aşağı səviyyəyə enib.

Beləliklə, investorlar çox tezliklə yeni investisiya zonaları axtarmağa başlaya bilər. Yaponiya və Avropadan fərqli olaraq inkişaf etməkdə olan ölkələrin Mərkəzi Bankları monetar ekspansiya həyata keçirərək aktivlərin alımını həyata keçirə bilməyəcək. Bu da likvidliyin kəskin azalmasına və nəticədə maliyyə böhranına gətirib çıxaracaq.

Qeyd edək ki, hazırda investorlar 4,4% illik gəlir vəd edən ABŞ istiqrazları ilə müqayisədə 13,4% vəd edən "Emerging Market Corporate Bond İndex"ə daxil olan istiqrazlara yatırım etməyə üstünlük verir. Bu da hələlik inkişaf etməkdə olan ölkələr maliyyə axınını təmin edir. 

Son xəbərlər

Orphus sistemi