​İngiltərə Mərkəzi Bankı Britaniyanın Aİ-dən çıxmasına hazırlaşır

​İngiltərə Mərkəzi Bankı Britaniyanın Aİ-dən çıxmasına hazırlaşır Funt 20% devalvasiyaya uğraya bilər
Maliyyə
2 May , 2016 19:20
​İngiltərə Mərkəzi Bankı Britaniyanın Aİ-dən çıxmasına hazırlaşır

Bakı. 2 may. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması halında ölkənin maliyə bazarlarında baş verə biləcək neqativ təsirləri minimuma endirmək üçün plan hazırlayıb. 

"Report" "The Financial Times"a istinadən xəbər verir ki, BoE iyunun 24-də İngiltərədə keçiriləcək referendum nəticəsində Britaniyanın Aİ-dən çıxması qərarına qarşı öncədən preventiv tədbirlər almağı planlaşdırıb. Belə ki, BoE iyun ayında bank sisteminin funksiyasını yerinə yetirmək qabiliyyətinin dəstəklənməsi məqsədilə 3 valyuta hərracı keçirəcək. 

BoE Monetar siyasət komitəsinin üzvü Maykl Sondersə görə, ölkənin Aİ-dən çıxması halında funt sterlinq təzyiqlərlə üzləşəcək: "Funt sterlinqin digər valyutalara qarşı devalvasiyası isə 20%-ə qədər arta bilər".

İqtisadçılar Britaniyanın Aİ-dən çıxması halında BoE-nin maliyyə böhranı başlayandan etibarən ilk dəfə uçot dərəcələrini azalda biləcəyini bildirirlər. 

"Pricewaterhouse Coopers" audit şirkətindən "The Guardian" qəzetinə verilən hesabat xarakterli açıqlamada Britaniyanın Aİ-dən çıxması ölkənin 100 mlrd. funt sterlinq və ya ÜDM-nin 5%-ni və 950 min iş yeri itirməsinə gətirib çıxaracağı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi