İMF: Siyasi qeyri-müəyyənliklər qlobal iqtisadi artıma mane olur

İMF: Siyasi qeyri-müəyyənliklər qlobal iqtisadi artıma mane olur Bir sıra ölkələrdə deflyasiya riskləri artır
Maliyyə
10 Oktyabr , 2016 14:54
İMF: Siyasi qeyri-müəyyənliklər qlobal iqtisadi artıma mane olur

Bakı. 10 oktyabr. REPORT.AZ/ Qlobal siyasi qeyri-müəyyənliklər dünya iqtisadiyaytının artım tempinə mane olur. "Report"un "RİA" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "The Wall Sreet Journal" Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına istinadən yayıb.

Hesabatda bildirilir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması, Çindəki islahatlar və ABŞ-dakı prezident seçkiləri ticarət tərəfdaşlarının əhval-ruhiyyəsini pozaraq, investisiyaları azaldaraq, maliyyə bazarlarında dalğalanmaları artıraraq dünya iqtisadiyyatının inkişafını əngəlləyir: "İstənilən maliyyə naziri və mərkəzi bank rəhbərinin "Dünya iqtisadiyyatı üçün əsas risk təşkil edən amil nədir?" sualını verdikdə "Siyasət" cavabı alırsız".

İMF vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilatın fikrincə, tariflərin artırılması və sair ticarət maneələri idxal qiymətlərini 10% artıra bilər. Bu da ticarət həcminin və nəticədə, istehsalın zəifləməsinə gətirib çıxaracaq. Belə olduğu halda ixracın həcmi növbəti 5 ildə 15% azala bilər. İstehlakın 2 faiz bəndi, dünya iqtisadiyyatının artım tempinin isə 2 faiz bəndi azalması ehtimalı yarana bilər. Daha pis ssenaridə isə İMF bəzi ölkələrə investisiyaların 18% azalacağını və deflyasiya yaranacağını bildirir.

Son xəbərlər

Orphus sistemi