Gürcüstanın Azərbaycana 11,1 mln. dollar borcu var

Gürcüstanın Azərbaycana 11,1 mln. dollar borcu var ​Ölkənin ümumi xarici borcu isə 4,12 mlrd. dollardır
Maliyyə
18 Avqust , 2015 11:00
Gürcüstanın Azərbaycana 11,1 mln. dollar borcu var

Bakı. 18 avqust. REPORT.AZ/ Gürcüstanın Azərbaycana 11,1 mln. ABŞ dolları həcmində borcu var. Bu, ölkənin ümumi xarici borcunun 0,27%-ni təşkil edir.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, Gürcüstanın ümumi xarici borcu 4,12 mlrd. dollardır. Ölkənin ən çox borclu olduğu dövlət Almaniya (265,2 mln. dollar), Yaponiya (150,8 mln. dollar), Rusiya (90,5 mln. dollar), Fransa (52,9 mln. dollar), ABŞ (28,9 mln. dollar), Qazaxıstan 27,8 mln. dollar) və Türkiyədir (21,3 mln. dollar).

Son xəbərlər

Orphus sistemi