Gürcüstanda iqtisadi artım avqustda 2,9% olub

Gürcüstanda iqtisadi artım avqustda 2,9% olub Hökumət bu il ÜDM-in 3% artacağını proqnozlaşdırır
Maliyyə
30 Sentyabr , 2016 17:16
Gürcüstanda iqtisadi artım avqustda 2,9% olub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Gürcüstanın 2016-cı ilin avqust ayında ÜDM-in həcmi keçən ilin analoji dörü ilə müqayisədə 2,9% artıb. "Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə görə, 2015-ci ilin analoji dövründə iqtisadi artım 2,3%, cari ilin iyul ayında isə 2,1% olub. İlin ilk 8 ayında isə keçən ilin analoji dövrü ilə müqayisədə ÜDM 2,7% artıb.

Qeyd edək ki, Gürcüstan hökuməti 2016-cı ildə ölkədə 3% iqtisadi artım gözlədiyini açıqlayıb. 2015-ci ildə isə ölkədə ÜDM-in həcmi 2,8% artıb.

Son xəbərlər

Orphus sistemi