Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Sentyabr ayında 0,3%-lik deflyasiya qeydə alınıb
Maliyyə
26 Oktyabr , 2016 14:47
Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 6,5%-də saxlayıb. 

"Report"un "İnvesting.ru" saytına istinadən xəbər verir ki, buna səbəb sentyabr ayında illik inflyasiyanın 0,1% təşkil etməsi olub. 

Bu ilin avqustunda Gürcüstanda illik inflyasiya 0,9% olub. Aylıq müqayisədə isə sentyabrda 0,3% deflyasiya, avqustda isə 0,4% inflyasiya qeydə alınıb.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı sentyabrda keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Növbəti iclasın dekabr ayının 14-də keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi