​"Günaybank" nizamnamə kapitalını 3 dəfə artırıb

​"Günaybank" nizamnamə kapitalını 3 dəfə artırıb Bunun nəticəsində nizamnamə kapitalı 64,9 mln. manata çatdırılıb
Maliyyə
22 Noyabr , 2014 16:15
​Günaybank nizamnamə kapitalını 3 dəfə artırıb
Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın "Günaybank" ASC nizamnamə kapitalını 43,812 mln. manat artırıb. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, bankın sentyabrın 4-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydə alınmış yeni səhm emissiyasından 9 160 ədəd səhm satılıb və bunun nəticəsində bankın nizamnamə kapitalı 3,1 dəfə artaraq 64,910 mln. manata çatdırılıb.

"Beləliklə Azərbaycan Mərkəzi Bankının 01.01.2015-ci il tarixinə bankların minimum məcmu kapitalına 50 mln. manat məbləğində olan tələbi tam qarşılanıb və hətta 15 mln. manat və ya 30% üstələnib", - bankdan bildirilib. 

Son xəbərlər

Orphus sistemi