​"Günay Sığorta"nın ödənişləri kəskin azalıb

​"Günay Sığorta"nın ödənişləri kəskin azalıb Sığorta şirkətinin daxilolmaları isə xeyli artıb
Maliyyə
10 İyun , 2016 09:16
​Günay Sığortanın ödənişləri kəskin azalıb

Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Günay Sığorta" ASC-nin yığımları 160,999 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, şirkət 5 ay ərzində 8,632 min manat sığorta ödənişi həyata keçirib və bu, illik müqayisədə 4,8 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi