"Günay Sığorta" İcbari Sığorta Bürosuna üzv olub

"Günay Sığorta" İcbari Sığorta Bürosuna üzv olub Şirkət üç icbari sığorta növü üzrə İSB-nin iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib
Maliyyə
15 Sentyabr , 2016 17:29
Günay Sığorta İcbari Sığorta Bürosuna üzv olub

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Günay Sığorta” ASC “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.

"Report" bu barədə İSB-yə istinadən xəbər verir. 

Beləliklə, Büro üzvlərinin sayı 17-yə çatıb. İSB-nin iştirakçıları daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növlərini həyata keçirə bilər.

Son xəbərlər

Orphus sistemi