​"Gunay Bank"ın aktivləri ötən il 2,5 dəfə artıb

​"Gunay Bank"ın aktivləri ötən il 2,5 dəfə artıb Bankda əhalinin əmanətlərinin həcmində isə azalma qeydə alınıb
Maliyyə
4 Mart , 2015 10:05
​Gunay Bankın aktivləri ötən il 2,5 dəfə artıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın "Gunaybank" ASC-nin aktivləri illik müqayisədə 2,5 dəfə artaraq 2015-ci il yanvarın 1-nə 91,772 mln. manata çatıb. Kredit portfeli də hesabat dövründə 2,7 dəfə artaraq 33,3 mln. manatdan 89,019 mln. manata yüksəlib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit portfelinin 80,651 mln. manatını 12 ayadək, 8,265 mln. manatını 12 aydan artıq müddətə verilən kreditlər təşkil edib. Hesabat ilində istehlak kreditləşməsində kəskin azalma müşahidə olunub. Belə ki, istehlak kreditlərinin həcmi 1,5 mln. manatdan 200 min manata düşüb, o cümlədən avtomobil kreditləşməsi 28,2 min manatdan 6,9 min manata düşüb.

Hesabata əsasən, kredit portfelinin 2,27%-nin (2,02 mln. manat) ödəniş vaxtı keçib. Bu isə əvvəlki illə müqayisədə 1,34% azalma deməkdir.

Hesabat ilində "Günay Bank"ın depozit portfeli 29,76% artaraq bu ilin əvvəlinə 12,117 mln. manata çatıb. Bunun 6,7 mln. manatı müddətli, 5,4 mln. manatı tələb olunanadək depozitlərin payına düşüb. Ötən il ərzində əhalinin əmanətlərinin həcmində isə azalma qeydə alınıb. Əhalinin əmanətləri hesabat ilində 22,2% azalaraq yanvarın 1-nə 6,7 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə Bankın məcmu kapitalı 64,2 mln. manat, nizamnamə kapitalı isə 64,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi