​Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək

​Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək Qəbulda Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər
Maliyyə
22 Avqust , 2015 14:39
​Gömrük Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək

Bakı. 22 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 28-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul saat 10:00-da rayonun Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbul zamanı Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 27-si saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (012) 404-22-00, Astara Gömrük İdarəsi (025) 225-10-06 ilə əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi