​Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

​Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək Görüş saat 10:00-da Şahmat Mərkəzində baş tutacaq
Maliyyə
19 İyun , 2015 10:46
​Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Bakı. 19 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyunun 24-də Qazax şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş saat 10:00-da rayonun Bakı küçəsində yerləşən Şahmat Mərkəzində baş tutacaq.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 23-də saat 10:00-dək “192” Çağrı Mərkəzi, (012) 404-22-00 nömrəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsi ilə, (022) 315-01-54 nömrəsi ilə isə Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi