"​Goldman Sachs": Çindən kapital axını davam edə bilər

"​Goldman Sachs": Çindən kapital axını davam edə bilər Çində deflyasiya ehtimalları artır
Maliyyə
19 Fevral , 2016 20:43
​Goldman Sachs: Çindən kapital axını davam edə bilər

Bakı. 19 fevral. REPORT.AZ/ Çin milli valyutası yuanın möhkəmlənməsi Çindən kapital axınının dayandığı mənasına gəlməməlidir. "Report" "Goldman Sachs" bankına istinadən xəbər verir ki, Bank yuanın yenidən zəifləyəcəyini və kapital axınını sürətləndirəcəyini proqnozlaşdırıb və yuanın fevral ayında 1,3%-ə yaxın möhkəmlənməsini müvəqqəti hesab edib.

Almaniyanın "Commerzbank AG" Bankına görə isə yanvar ayında rekord həddə artan yeni yuan kreditləri şirkətlərin yeni iş qurmalarından çox, xarici borclarını ödəməyə istiqamətləndiyini göstərir. Çində daxili korporativ istiqrazların həcmi 2016-cı ildə iki qat artdığı halda, xarici valyutada istiqrazların həcmi 30%-dək azalıb. "Goldman Sachs"a görə, 2015-ci ilin ikinci yarısında Çindən 550 mlrd. dollara yaxın kapital axını baş verib. Bankın hesablamalarına əsasən, yuanın hər 1% zəifləməsi 100 mlrd. dollardan çox kapitalın xaricə çıxmasına səbəb olur.

Qeyd edək ki, 2009-2013-cü illərdə möhkəmlənən yuan Çin şirkətlərini ofşor dollar borcu alaraq yerli istiqrazlara yatırıb, həm faiz gəliri, həm də yuanın möhkəmlənməsindən valyuta mənfəəti əldə etmək imkanı yaradıb. 2014-cü ildən etibarən isə proses tərsinə dönüb və yuan zəifləməyə başladığından, investorlar mövqelərini bağlamağa başlayıblar. 

Honq-Konqda yerləşən "Daiwa Capital" investisiya şirkətinə görə, hazırda Çin şirkətlərinin bu qəbildən olan xarici borcları 3 trln. dollara yaxındır və son iki ildə bunun yarısından azı ödənilib.

"Daiwa Capital Markets Asia"nın (Yaponiya istisna olmaqla) baş iqtisadçısı Kevin Laiye görə, yuan satışları artmaqda davam edir. Artıq deflyasiya riskləri artmağa başlayıb və iqtisadiyyat üçün təhlükə yarada bilər.  

Son xəbərlər

Orphus sistemi