​GGF "Muğanbank"a kredit ayırıb

​GGF "Muğanbank"a kredit ayırıb Bu vəsait Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədi daşıyır
Maliyyə
30 Oktyabr , 2014 16:20
​GGF Muğanbanka kredit ayırıb
Bakı. 30 oktyabr. REPORT.AZ/ Yaşıl İnkişaf Fondunun Cənub-Şərqi Avropa Bürosu (GGF - The Green for Growth Fund, Southeast Europe)  Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə “Muğanbank” ASC-yə 5 mln. ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırıb. Bu, GGF-nin Azərbaycana ikinci investisiyasıdır. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

Bu kredit "Muğanbank"a Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən maliyyə təşkilatlarından biri olmağa imkan verəcək, verilən sub-kreditlər mikro, kiçik və orta müəssisələrin, habelə fiziki şəxslərin enerjiyə qənaət tədbirlərinə investisiyalarını stimullaşdıracaq.

GGF-nin hesablamalarına əsasən, sözügedən yeni kredit vəsaiti hesabına veriləcək sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində il ərzində 8,7 MVt/saat enerjiyə qənaət olunacağı, karbon qazı tullantılarının miqdarının isə 4,2 ton azaldılacağı gözlənilir.

Ölkə ərazisində 41 filial və 7 şöbədən ibarət geniş filial şəbəkəsindən əlavə, "Muğanbank"ın Moskva şəhərində nümayəndəliyi də fəaliyyət göstərir. Bank ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "World Business Capital, Inc." (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) da daxil olmaqla bir çox beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir. 

Son xəbərlər

Orphus sistemi