“Gəncəbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“Gəncəbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb Banka verilmiş şəhadətnamə ləğv edilib
Maliyyə
25 Yanvar , 2016 19:53
“Gəncəbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Gəncəbank” ASC yanvarın 25-də Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

"Report"un verdiyi xəbərə görə, hazırda Fonda üzv bankların sayı 41-dir.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar tarixli qərarı ilə “Gəncəbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanın ləğv edilib.

Son xəbərlər

Orphus sistemi