Gəncə bazarının səhmləri 3 dəfə bahalaşıb

Gəncə bazarının səhmləri 3 dəfə bahalaşıb Bu barədə Bakı Fond Birjası məlumat yayıb
Maliyyə
15 Sentyabr , 2016 12:39
Gəncə bazarının səhmləri 3 dəfə bahalaşıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-də "Gəncə-Bazar" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 3 əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlər ticarət müəssisəsinin 5 407 səhminin alqı-satqısını nəzərdə tutur. Səhmlər nominal dəyərindən 2,9 dəfə baha - 1,44 manata realizə edilib. Başqa sözlə, sövdələşmənin dəyəri təxminən 7 780 manat olub. Qiymətli kağızları satan və alan tərəflərin kimliyi açıqlanmır.

Xatırladaq ki, "Gəncə-Bazar" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 357 936 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,5 manat olan 715 872 səhm əsasında formalaşıb.

Son xəbərlər

Orphus sistemi