​“Gəncə Bank”ın aktivləri 34% artıb

​“Gəncə Bank”ın aktivləri 34% artıb Bankın problemli kreditlərinin həcmi illik müqayisədə 5 dəfə artıb
Maliyyə
11 Noyabr , 2014 06:15
​“Gəncə Bank”ın aktivləri 34% artıb
Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın “Gəncə Bank” ASC-nin aktivlərinin həcmi 2014-cü il oktyabrın 1-nə 131,502 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,0% çoxdur.

Bankdan “Report”a verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 45,3% artaraq 112,348 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 0,893 mln. manat təşkil edib ki, bu da 2013-cü il oktyabrın 1-nə nisbətən 36,5% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 4,7 dəfə artaraq 7,927 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 4,8 faiz bəndi artaraq 7,0% təşkil edib.

Bankın depozit portfeli son bir ildə 3,6% azalaraq 5,277 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 4,817 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,7% çoxdur.

İllik müqayisədə bankın məcmu kapitalı 32,0% artaraq 52,810 mln. manat, o cümlədən nizamnamə kapitalı 25% artaraq 50,0 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 33,5% artaraq 5 690, o cümlədən fiziki şəxslərin sayı 37,1% artaraq 5 104, hüquqi şəxslərin sayı 8,7% artaraq 586 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il oktyabrın 1-nə 601-ə bərabər olub ki, bu da illik müqayisədə 22,3% azdır. Qeyd edək ki, bankın bütün kartları debet kartlarıdır.

Hazırda bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir. Bankın 79 işçisi var.

Son xəbərlər

Orphus sistemi