Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə 22,615 mln. manatın ayrılması nəzərdə tutulur. "Report"un verdiyi xəbərə görə, dövlət büdcəsinin xərclər proqnozuna əsasən, bu, 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 1,053 mln. manat və ya 4,9% çoxdur.
Gələn il "Azərsu" ASC-yə ayrılan subsidiyanın həcmi isə dəyişməz qalaraq 10 mln. manat təşkil edir.
Qeyd edək ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri 21,1 mlrd. manat məbləğində təsdiq edilib.