​Gələn il Asiyada ÜDM-in 6,3% artacağı gözlənilir

​Gələn il Asiyada ÜDM-in 6,3% artacağı gözlənilir AİB hesabatında deyilir ki, ötən il olduğu kimi, 2015-2016-cı illərdə də ÜDM-in həcmi 6,3% artacaq
Maliyyə
27 Mart , 2015 15:03
​Gələn il Asiyada ÜDM-in 6,3% artacağı gözlənilir

Bakı. 27 mart. REPORT.AZ/ Ötən il Asiya ölkələrinin Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 6,3% artıb. "Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) 2015-2016-cı illər üçün Asiya qitəsinin inkişafı ilə bağlı proqnozu və ötən illər üçün hesabat sənədində bildirilib.

Qurumun hesabatına görə, Asiya qitəsi bu iki il ərzində iri iqtisadi sahələrdə inkişaf edəcək, əmtəə qiymətləri o qədər də yüksək olmayacaq. AİB-in hesabatında deyilir ki, ötən il olduğu kimi, 2015-2016-cı illərdə də ÜDM-in həcmi 6,3% artacaq.

AİB-in baş iqtisadçısı Şanq-Yin Vey (Shang-Jin Wei) bildirib ki, dünyada və regionda baş verən proseslər Asiyada ÜDM-in artacağını deməyə əsas verir: "Ucuzlaşan əmtəə qiymətləri və bahalı yanacaq subsidiyalarının kəsilməsi, həmçinin digər islahatlar regionda siyasətçilərin fəaliyyəti üçün şərait yaradacaq. Bu isə uzunmüddətli və geniş əhatəli iqtisadi inkişafa nail olmaq üçün zəmin yaradır".

Son xəbərlər

Orphus sistemi