Gələn həftə Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək İclasda iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək
Maliyyə
15 Noyabr , 2014 12:35
Gələn həftə Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın V iclası keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a bildirilib ki, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın IV iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuridir.

BƏƏ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi