Amerika fond indeksləri artıb

Amerika fond indeksləri artıb Qızılın qiyməti 1 194,5 dollara düşüb
Maliyyə
20 Dekabr , 2014 09:50
Amerika fond indeksləri artıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Dekabrın19-da Amerika fond bazarında Dow Jones indeksində 0,15% artım müşahidə edilib və 17 804,80 bənd təşkil edib, S&P 500 0,46% - 2 070,65 bəndədək, Nasdaq isə 0,36% - 4 765,38 bəndədək artıb.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarında dekabrın 19-da FTSE 100 indeksi 1,23% - 6 545,27 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,25% - 9 786,96 bəndədək, Fransa CAC-40-ı isə 0,18% - 4 241,65 bəndədək enib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% ucuzlaşaraq 1 194,50 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2279 dollar (+0,01%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi