Mərkəzi Bank: Fiziki şəxslərin əmanətləri 1,5% azalıb

Mərkəzi Bank: Fiziki şəxslərin əmanətləri 1,5% azalıb Manatla əmanətlər may ayında 3% artıb
Maliyyə
11 İyul , 2016 11:11
Mərkəzi Bank: Fiziki şəxslərin əmanətləri 1,5% azalıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin həcmi 2016-cı il iyunun 1-nə 7 566 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əmanətlərin həcmi mayın 1-nə nisbətən 119,9 mln. manat və ya 1,54%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 35,1mln. manat və ya 0,46% azalıb.

Fiziki şəxlərin manatla əmanətlərinin həcmi iyunun 1-nə 1 447,5mln. manat təşkil edib. Bu, mayın 1-nə nisbətən 39,9 mln. manat və ya 2,83% artım, 2015-ci ilin iyunun 1-nə nisbətən isə 725,1mln. manat və ya 33,37% azalma deməkdir.

Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 158,9 mln. manat və ya 2,53% azalaraq, illik müqayisədə isə 689,9,1 mln. manat və ya 12,7% artaraq iyunun 1-nə 6 118,4 mln. manat təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, fiziki şəxslərin əmanətlərinin azalması dolların məzənnəsinin may ayında azalması ilə bağlıdır. 

"Xarici valyutada əmanətlərin 50%-lik devalvasiyaya baxmayaraq, keçən ilin analoji dövrü ilə müqayisədə manat ekvivalentində cəmi 12,7% artması bu sahədə real azalmaya işarə edir", - deyə analitiklər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi