"Fitch" agentliyi "Expressbank"ın reytinqini təsdiqləyib

"Fitch" agentliyi "Expressbank"ın reytinqini təsdiqləyib Son iki il ərzində "Fitch" agentliyi Bankın reytinqini sabit saxlayır
Maliyyə
18 Avqust , 2016 10:09
Fitch agentliyi Expressbankın reytinqini təsdiqləyib

Bakı. 18 avqust. REPORT.AZ/ "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin kredit reytinqini növbəti dəfə "stabil" proqnozla "B" səviyyəsində təsdiq edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, "Fitch Ratings"in bu proqnozu, “Expressbank”ın aktivlərinin keyfiyyəti, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.

Qeyd edək ki, son 2 il ərzində "Fitch" agentliyi tərəfindən “Expressbank”ın reytinqi sabit saxlanılır. 

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6 000-dək POS-terminal və 500-dən artıq "ExpressPay" ödəniş terminalları var.

Son xəbərlər

Orphus sistemi