​Fitch: Manatın devalvasiyası Azərbaycan bank sektorunun kapitallaşmasına mənfi təsir edəcək

​Fitch: Manatın devalvasiyası Azərbaycan bank sektorunun kapitallaşmasına mənfi təsir edəcək Qiymətləndirmə: "Hesab edirik ki, hazırkı vəziyyətdə milli valyutanın ucuzlaşması bankların kapitalını riskə atır"
Maliyyə
26 Fevral , 2015 17:58
​Fitch: Manatın devalvasiyası Azərbaycan bank sektorunun kapitallaşmasına mənfi təsir edəcək

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan manatının devalvasiyası ölkənin bank sektorunun kapitallaşmasına mənfi təsir göstərəcək. Azərbaycan bankları xarici valyutada böyük məbləğdə kreditə sahib olduğuna görə, qısa valyuta mövqeləri üzrə zərərə məruz qalacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir. 

Agentliyin məlumatında qeyd olunub ki, bankların balansında dollarlaşmanın genişlənməsi ortamüddətli perspektivdə bu sektorda valyuta risklərinin önəmli olacağını göstərir. Ötən ilin sonuna ölkənin bank sistemi 1,7 mlrd. dollar yaxud kapital sisteminin 43%-i həcmində qısa valyuta balans mövqeyinə malik olub: "Hesab edirik ki, hazırkı vəziyyətdə milli valyutanın ucuzlaşması bankların kapitalını riskə atır".

"Bankların balansında qısamüddətli vəziyyət güman ki, 2015-ci ilin əvvəlində daha da genişlənib. Belə ki, əmanətçilər əmanətlərini xarici valyutaya transfer ediblər. Bu təsir Məkəzi Bankın yanvardan təklif etdiyi valyutadəyişmə ilə qismən kompensasiya edilə bilər. Bir sıra bank devalvasiya nəticəsində və özünün mövcud açıq qısa valyuta vəziyyəti ilə ciddi zərərə düşüb. Bizim qimətləndirmələrimizə görə, ola bilsin ki, bəzi banklar minimal kapital tələbi ilə bağlı tənzimləyici qərarları pozub, lakin hesab edirik ki, təznimləyici tələb müddətini müəyyən qədər uzada bilər. Bu da Rusiyadakı kimi banklara formal olaraq tələbə əməl etməyə kömək edər", - agentlik qeyd edir.

Bu ilin əvvəlinə xarici valyutada kreditlər məcmu kreditlərin 27%-ni (devalvasiyadan sonra təxminən 33%-ni) əhatə edib: "Bizim qiymətləndirmələrimizə əsasən, devalvasiya risk dərəcəsi üzrə ölçülmüş aktivləri artırmalıdır. Bu da 2014-cü ildə yüksək səviyyədə (19%) olan bank kapitalının adekvatlığının 2 bal azalmasına gətirib çıxaracaq. Bu təsir bankdan banka fərqlənəcək. Xarici valyutada kreditləri çox olan banklar kapitallarına daha güclü təzyiq hiss edə bilər". 

Son xəbərlər

Orphus sistemi