"Fitch" inkişafda olan ölkələrin xarici borca görə reytinqini açıqlayıb

"Fitch" inkişafda olan ölkələrin xarici borca görə reytinqini açıqlayıb Bu siyahıda Türkiyə vu Rusiya liderlik edir
Maliyyə
27 Aprel , 2016 17:02
Fitch inkişafda olan ölkələrin xarici borca görə reytinqini açıqlayıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi inkişaf etməkdə olan ölkələrin xarici borclarının artdığını bildirib. "Report" xəbər verir ki, 2015-ci ilin ilk yarısının yekununda özəl sektorun ÜDM-yə nisbətdə ən çox borcu olan ölkələrin arasında Türkiyə liderlik edir. Belə ki, Türkiyədə özəl sektorun borcunun ÜDM-də xüsusi çəkisi 46%-ə çatıb. Bu sırada ikinci sırada 41%-lə Rusiya qərarlaşıb. 

Özəl sektorun xarici valyutada borcunun ÜDM-də xüsusi çəkisinə görə də Türkiyə (41%) ilk sırada yer alıb. Rusiya isə 37%-lə ikinci olub. Bu göstəricinin inkişaf etməkdə olan ölkələr arasında ən aşağı həddi Çindədir (10%). 

Agentlik qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin yerli valyutalarının devalvasiyası bu ölkələrdə iqtisadi riskin artmasına səbəb olub. Qlobal iqtisadi vəziyyətin qeyri-müəyyənliyi inkişaf etməkdə olan ölkələrin maliyyə sistemləri və suveren kredit qabiliyyətinə mənfi təsir edib.

"Fitch" bildirib ki, 2015-ci ilin iyun ayından 2016-cı il mart ayına qədər milli valyutalarının devalvasiyası Rusiyanın özəl sektorunun xarici valyutada borc yükünü ÜDM-in 8%-i, Braziliya və Cənubi Afrikada 4%-i, Türkiyə və Meksikada isə 2%-i qədər artıracaq. 

Bu ölkələr arasında məcmu yerli və xarici valyutada borcun ÜDM-də xüsusi çəkisinə görə 2015-ci ilin ilk yarısı etibarilə ilk sırada Çin (243%) yer alıb. Onu 162%-lə Braziliya izləyir. Ən aşağı göstərici isə İndoneziyada (79%) qeydə alınıb. Xarici valyutada məcmu borcun ÜDM-də payına görə isə yenə də Türkiyə (53%) liderdir. Agentlik bildirib ki, yüksək borc yükü inkişaf etməkdə olan ölkələrin suveren kredit reytinqinə mənfi təsir edir.

Son xəbərlər

Orphus sistemi