​"Fitch" agentliyi "Azsığorta" ASC-nin kredit reytinqi proqnozunu aşağı salıb

​"Fitch" agentliyi "Azsığorta" ASC-nin kredit reytinqi proqnozunu aşağı salıb Agentlik reytinqin dəyişməsi şərtlərini də açıqlayıb
Maliyyə
14 Mart , 2016 16:46
​Fitch agentliyi Azsığorta ASC-nin kredit reytinqi proqnozunu aşağı salıb

Bakı. 14 mart. REPORT.AZ/ "Fitch" beynəlxalq agentliyi bu gün "Azsığorta" ASC-nin kredit reytinqi proqnozunu "stabil"dən "neqativ"ə azaldıb, bununla bərabər, Sığorta Maliyyə Dayanıqlılığı (İFS) reytinqini "B+" səviyyəsində təsdiqləyib.

"Report" xəbər verir ki, "Fitch" proqnozun azaldılmasını fevralın 26-da Azərbaycanın reytinqinin və proqnozunun azaldılması ilə əsaslandırıb. Agentlik "Azsığorta" ASC-nin reytinqini onun sığorta bazarında güclü mövqeyi və rentabellilik göstəriciləri ilə əsaslandırıb. Reytinq proqnozunun azaldılmasını isə ümumi makroiqtisadi vəziyyətin sığorta sektoruna mənfi təsiri, gəlirlərin azalması, investisiya portfelində yarana biləcək risklərin olması ilə izah edib.

Agentlik Azərbaycanın sığorta sektorunu təhlil edərək bildirib ki, makroiqtisadi vəziyyət könüllü sığorta ödənişlərini azaldacaq, idxalın azalması səbəbindən yükdaşımalarında sığorta haqlarını aşağı salacaq. Belə ki, "Azsığorta" ASC-nin sığorta ödənişlərinin 2010-2014-cü illər arasında 34%-ni idxal malların yükdaşımalarından sığorta ödənişləri təşkil edib.

Agentlik "Azsığorta" ASC-nin investisiyalarının gəlirliliyinin azalması və ya şirkətin bazar payının zəifləməsinin, onun reytinqinin aşağı salınmasına səbəb ola biləcəyini, investisiyalarda risklərin azaldılması və diversifikasiyanın aparılmasının isə reytinq proqnozunu "neqativ"dən "Stabil"ə yüksəlməsinə gətirib çıxaracağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi