​"Fitch": "Azərbaycanın borcunun az olması onun reytinqinin qorunub saxlanmasını təmin edir"

​"Fitch": "Azərbaycanın borcunun az olması onun reytinqinin qorunub saxlanmasını təmin edir" Azərbaycanda kapital dövriyyəsinin hökumət tərəfindən idarə edilməsi onun reytinqinə təsir göstərmir
Maliyyə
23 Yanvar , 2016 16:46
​Fitch: Azərbaycanın borcunun az olması onun reytinqinin qorunub saxlanmasını təmin edir

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanda kapital dövriyyəsinə nəzarətin hökumət tərəfindən idarə edilməsinə başlanması onun BBB- reytinqinə təsir göstərməyib.

"Report" xəbər verir ki, bu, "Fitch Ratings" reytinq agentliyinin məlumatında qeyd olunub.

"Borcların az olması və əsas xarici vəsaitlərin mövcudluğu reytinqin qorunub saxlanmasını təmin edir.

Ötən il manatın dəyərdən düşməsi ilə əlaqədar "üzən məzənnə" rejiminə keçilməsi ilə bağlı verilən qərardan sonra bu həftə dövlətin maliyyə qurumları ölkə xaricinə çıxan vəsaitlər üzrə bəzi tranzaksiyalara (maliyyə əməliyyatlarına) 20% vergi tətbiq edib.

Belə bir addımın atılması ikili iqtisadi məqsəd daşıyır - bu məqsədlərdən biri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin dəyərdən düşməsinin qarşısının alınması, digəri isə manata dəstək olunmasıdır", - deyə hesabatda qeyd olunur.

"Fitch Ratings" bildirir ki, Azərbaycanın xarici balans cədvəli yaxşı göstəricilərə malikdir: "Ötən ilin 3-cü rübündə, ölkənin 16 aylıq ümumi idxal göstəricilərinə əsasən, ARDNF-ın vəsaitləri 35 mlrd. ABŞ dolları təşkil edir, lakin hökumət manata dəstək verilməsi üçün Fondun maliyyə ehtiyatlarını xərcləməyə meyilli deyil, çünki Dövlət Neft Fondunun vəsaitləri Azərbaycanın dövlət büdcəsinin təxminən yarısını təşkil edir və bu büdcə gələcək nəsillər üçün qorunub saxlanılır". 

"Fitch Ratings" hesab edir ki, ölkə kapitalına dövlət nəzarətinin həyata keçirilməsi bank sektoruna elə də maddi təsir göstərməyəcək, çünki bank ehtiyatlarının əksər hissəsi artıq dollarlaşdırılıb (ehtiyatların 75%-i): "Manatla qoyulan depozitlərin nisbətən azalması dolların kursunun aşağı düşəcəyi dövrə qədər davam edə bilər, halbuki dekabr və yanvar ayında bank sektorunda (ən reytinqli banklarda 5-10%) pərakəndə fond bazarı likvidlik ehtiyatlarının mövcudluğu səbəbindən nəzarətdə saxlanıla bilib".

Son xəbərlər

Orphus sistemi