"Fitch": Azərbaycandakı valyuta böhranı kritik vəziyyətə gətirib çıxarmayacaq

"Fitch": Azərbaycandakı valyuta böhranı kritik vəziyyətə gətirib çıxarmayacaq Pol Gembl: "Azərbaycanın xarici aktivləri yüksək səviyyədədir"
Maliyyə
15 Sentyabr , 2016 10:01
Fitch: Azərbaycandakı valyuta böhranı kritik vəziyyətə gətirib çıxarmayacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın valyuta böhranı şəraitinə daxil olması onun iqtisadi vəziyyətini çətinləşdirsə də, hazırda vəziyyət kritik deyil. "Report"un "Dailymail"a istinadən verdiyi xəbərə görə, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Gembl (Paul Gamble) "Reuters" agentliyinə müsahibəsində bildirib. 

P.Gembl qeyd edib ki, Azərbaycan hökumətin sərəncamında olan irihəcmli xarici aktivlər kredit reytinqinin müəyyənləşdirilməsində rol oynayan vacib amildir.

"Fitch" rəhbəri əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları 2016-cı ilin ilk yarısında 4,5% artaraq 35,1 mlrd. ABŞ dollarına çatıb. İnflyasiya ilə mübarizədə Azərbaycan Mərkəzi Bankı (AMB) keçən həftə uçot dərəcələrini 1,5 dəfə (9,5%-dən 15%-ə) artırıb. Bundan sonra kommersiya bankları valyuta qıtlığı səbəbindən valyuta satışına qoyduqları məhdudiyyəti ləğv edib.

Son xəbərlər

Orphus sistemi