Bakı. 23 iyun. REPORT.AZ/ "Azərbaycanla bağlı maraqlı rəqəmlər ondan ibarətdir ki, həyat sığortası ən yüksək çəkiyə malikdir. Yığılan mükafatlar digər MDB ölkələri ilə müqayisədə yüksəkdir. Qeyri-həyat sığortası durğundur, staqnasiya vəziyyətindədir".
"Report"un məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq sığorta forumunda "Fitch Ratings" agentliyinin MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Anastasiya Litvinova deyib.
"Bu sektorda iki ildir gəlir səviyyəsi aşağıdır. 2015-ci ildə gəlirlilik Rusiya və Qazaxıstandan aşağı olub. Azərbaycan devalvasiyadan əziyyət çəkib. Anderraytinqlə bağlı vəziyyət 2015-ci ildə investisiylar üçün münasib şərait yaratmayıb. Bu sektorda əsas nailiyyət həyat sığortası ilə bağlıdır, qeyri-həyat sığortası isə devalvasiyadan əziyyət çəkib", - deyə A.Litvinova əlavə edib.
"Tənzimləyici qurumlar tərəfindən bu sektora bir o qədər də önəm verilmir. Sığorta bazarı ilə bağlı müvafiq tənzimləmələrin olması həddən artıq yardım edə bilər. Anderraytinqlə bağlı iştirakçıların sayı məhduddur. Əsas problem sağlam anderraytinqin icrası ilə bağlıdır", - deyə "Fitch" rəsmisi vurğulayıb.