​Fitch: Azərbaycan əmtəə qiymətlərinin artımından ən çox gəlir götürən ölkələr sırasındadır

​Fitch: Azərbaycan əmtəə qiymətlərinin artımından ən çox gəlir götürən ölkələr sırasındadır “Fitch” hesab edir ki, CEMs-də ən aşağı gəlir götürən ölkələr Bəhreyn, Qabon, Venesuela və Surinamdır
Maliyyə
27 May , 2016 10:33
​Fitch: Azərbaycan əmtəə qiymətlərinin artımından ən çox gəlir götürən ölkələr sırasındadır

Bakı. 27 may. REPORT.AZ/ İqtisadi inkişaf, fiskal siyasət və xarici maliyyələşməni nəzərə alaraq Azərbaycan 2003-cü ildən bəri əmtəə əsaslı inkişaf etməkdə olan bazarlarda (CEMs) əmtəə qiymətlərindəki artımdan ən çox gəlir götürən ölkələr sırasındadır. “Report” xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd edilir.

Agentliyin məlumatına görə, əmtəə qiymətlərinin artımından yararlanan ölkələr sırasında Azərbaycanla yanaşı Boliviya, Peru və Kot-Divuarın adı da yer alıb.

“Fitch” hesab edir ki, CEMs-də ən aşağı gəlir götürən ölkələr Bəhreyn, Qabon, Venesuela və Surinamdır.

Son xəbərlər

Orphus sistemi