​"Fitch": Azərbaycan bank sistemi daha 40%-lik devalvasiyaya tab gətirə bilər - YENİLƏNİB

​"Fitch": Azərbaycan bank sistemi daha 40%-lik devalvasiyaya tab gətirə bilər - YENİLƏNİB Azərbaycandakı banklar zərərin örtülməsi üçün məhdud maliyyə vəsaitlərinə malikdir
Maliyyə
9 Sentyabr , 2015 10:34
​Fitch: Azərbaycan bank sistemi daha 40%-lik devalvasiyaya tab gətirə bilər - YENİLƏNİB

İlk xəbər saat 10:03-də verilib


Bakı. 9 sentyabr. REPORT.AZ/ "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40%-lik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib.

"Report"un Agentliyə istinadən verdiyi xəbərə görə, "Fitch"in analitikləri qeyd edir ki, Azərbaycan bank sistemi neftin ucuzlaşması və devalvasiyanın təsiri amillərinin təzyiqi altındadır. Bu risklər nəticəsində banklar zərərlərin örtülməsi üçün məhdud maliyyə vəsaitlərinə malikdir. Agentlik hesab edir ki, neft ixracına əsaslanan Azərbaycan iqtisadiyyatında bu il 1,5%-lik artım gözlənilir. Buna səbəb isə ölkənin bank sistemindəki aktivlərin keyfiyyətinin aşağı düşməsidir.

Pozitiv məqam kimi isə "Fitch", Azərbaycan tədiyyə balansının güclü olmasının hökumətə bank sisteminə likvidlik və kapital dəstəyi vermək imkanını göstərib.

*** 

Agentliyin bu hesabatına əsasən, iyul ayının əvvəlinə Azərbaycan Beynəlxalq Bankı (ABB) bank sektorunda 35% paya malikdir və minimum kapital adekvatlığı tələbnaməsini (12%) yerinə yetirib. İlin sonuna qədər ABB-də bir dəfə kapital qoyuluşu və dəyərdən düşən aktivlərin satışı ehtimal olunur.

"Fitch" 2015-ci ildə bank sektorunun borc öhdəliklərinin artmayacağını proqnozlaşdırır. Analitiklər bildirirlər ki, kreditlərə olan tələbatın da zəifləməsi prosesi 2016-cı ildə davam edəcək. Bank sektorunun dəyərdən düşən aktivlərinin xüsusi çəkisinin ilin sonuna 10%-ə çatacağı gözlənilir. Aktivlərin əlavə dəyərdən düşməsinə səbəb isə xarici valyutada olan kredit portfelinin 43% təşkil etməsi ilə bağlıdır.

"Fitch"in ekspertləri hesab edirlər ki, bank sistemində valyuta tarazlığı pozulub. İyul ayının 1-nə depozit sahiblərinin 67%-i banklardakı vəsaitlərini xarici valyutaya konvertasiya edib. Buna görə də banklar milli valyutada müşahidə olunan gərginliyi azaltmaq üçün qısa valyuta mövqeyinin qorunmasına maraq göstərmir.

Son xəbərlər

Orphus sistemi