"​Fitch": Azərbaycan aşağı neft qiymətləri və valyuta məzənnəsinə uyğunlaşır

"​Fitch": Azərbaycan aşağı neft qiymətləri və valyuta məzənnəsinə uyğunlaşır Proqnoz: İqtisadi geriləmə bank sektoruna təzyiqi artıracaq
Maliyyə
29 İyun , 2016 13:07
​Fitch: Azərbaycan aşağı neft qiymətləri və valyuta məzənnəsinə uyğunlaşır

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan qlobal bazardakı aşağı neft qiymətləri və 2015-ci ildə ölkədə kəskin dəyişən valyuta məzənnəsinə tədricən uyğunlaşır. "Report" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyi iyunun 29-da rəsmi saytında dərc etdiyi "İnkişaf etməkdə olan Avropa ölkələrinin suveren kredit reytinqi" icmalında açıqlayıb.

Agentlik, həmçinin qeyd edib ki, Azərbaycan hökuməti "üzən" valyuta məzənnəsinin idarə olunması üçün zəruri şəraitin yaradılmasına və maliyyə alətlərinin işə salınmasına diqqətini cəmləyib. "Fitch" Azərbaycanla Qazaxıstanın milli valyutaya inamı bərpa etmək üçün çalışdıqlarını və Qazaxıstanda bu prosesin daha sürətlə həyata keçirildiyini bildirib. 

Agentlik hər iki ölkənin iqtisadiyyatının bu il azalacağını və iki rəqəmli inflyasiyaya sahib olacağını proqnozlaşdırır: "İqtisadi geriləmə valyuta hedcinqini həyata keçirməyən və açıq valyuta mövqelərindən zərər çəkmiş bank sektoruna təzyiqi daha da artıracaq".

Son xəbərlər

Orphus sistemi