​"Fitch" agentliyi Yaponiyanın reytinqini azaldıb

​"Fitch" agentliyi Yaponiyanın reytinqini azaldıb Bunun əsas səbəbi vergi ödənişləri ilə bağlıdır
Maliyyə
27 Aprel , 2015 15:28
​Fitch agentliyi Yaponiyanın reytinqini azaldıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Yaponiyanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "A+" səviyyəsindən "A"ya endirib. Bundan başqa, yerli və xarici valyutada istiqrazlarının reytinqi də "A+" səviyyəsindən "A"ya düşüb. Uzunmüddətli istiqrazlar üzrə proqnoz isə "neqativ" olaraq təsdiqlənib.

"Report" xəbər verir ki, "Fitch" agentliyi ölkənin suveren reytinqini əvvəlki "AA+"-dan "AA"ya salıb. Xarici valyutada qısamüddətli reytinq isə "F1"dən "F"ə endirilib.

Agentlik reytinqlərin asağı salınmasının əsas səbəbi kimi 2015-2016-cı maliyyə ilində büdcənin, satışdan əldə olunan verginin uzadılmasının balanslaşdırılması üçün heç bir tədbir görülmədiyini göstərib. Qeyd edək ki, "Fitch" Yaponiyanın kredit reytinqini 2014-cü il dekabrın 9-dan müşahidəyə götürüb.

Son xəbərlər

Orphus sistemi