​"Fitch" agentliyi: Rusiya iqtisadiyyatının zəifləməsi MDB ölkələrinə təsir edib

​"Fitch" agentliyi: Rusiya iqtisadiyyatının zəifləməsi MDB ölkələrinə təsir edib Ən çox neqativ təsirə Ukrayna və Ermənistan məruz qalıb
Maliyyə
5 Mart , 2015 17:42
​Fitch agentliyi: Rusiya iqtisadiyyatının zəifləməsi MDB ölkələrinə təsir edib

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya iqtisadiyyatında artım tempinin kəskin azalması MDB ölkələrinə şok təsiri edib. Ən çox neqativ təsirə məruz qalan isə Ukrayna və Ermənistan olub. Neftin qiymətinin enməsi Qazaxıstan və Azərbaycana da mənfi təsir göstərib. Rusiyanın ticarət əməkdaşlığı daha sıx olan, investisiya qoyulan və pul köçürmələri həyata keçırılən MDB ölkələrinə Rusiya iqtisadiyyatının daralması birbaşa təsir edib. Rublun məzənnəsinin düşməsi bu ölkələrin də valyuta məzənnələrinin korrektə edilməsini zəruriləşdirib. "Report"un məlumatına görə, bu barədə "Fitch" reytinq agentliyinin yeni hesabatında bildirlir.

Rusiya ilə ən sıx əlaqələri olan Ermənistanın suveren reytingi "Fitch" agentliyi tərəfindən yanvar ayında bir pillə azaldılaraq "B+" səviyyəsində təsdiqlənib.

Rusiya ilə yaşadığı problemlərə görə iqtisadi əlaqələrin pozulması Ukraynanın vəziyyətini daha da ağırlaşdırıb.

Rusiyadan Gürcüstana maliyyə axını az olduğu üçün bu ölkə daha az təsirə məruz qalıb. İstər Gürcüstan, istərsə də Ermənistan dalğalı məzənnə siyasəti yürütdükləri üçün şoklardan sığortalanıb və ehtiyatlarını qoruyub.

"Azərbaycan və Qazaxıstan rublun zəifləməsi və neftin qiymətinin enməsi amillərinə görə problemlərlə üzləşib. Azərbaycan manatın dollara bağlılığından imtina edərək bivalyutalı məzənnə siyasətinə keçib. Qazaxıstanın da milli valyutasının məzənnəsini gözdən keçirə biləcəyi istisna edilmır. Bu iki ölkə devalvasiya həyata keçirərsə, möhkəm rezervləri iqtisadiyyatlarını sabit saxlaya bilər", - "Fitch"in hesabatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi