"Fitch" agentliyi "PASHA Bank"ın reytinqini təsdiqləyib - YENİLƏNİB

"Fitch" agentliyi "PASHA Bank"ın reytinqini təsdiqləyib - YENİLƏNİB Bankın dayanıqlılıq reytinqi də sabit qalıb
Maliyyə
7 Sentyabr , 2016 12:12
Fitch agentliyi PASHA Bankın reytinqini təsdiqləyib - YENİLƏNİB

İlk xəbər saat 09:16-da verilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "PASHA Bank" ASC-nin kredit reytinqini "BB-" səviyyəsində təsdiq edib. 

"Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, kredit reytinqi üzrə proqnoz isə Azərbaycanın müstəqil reytiniqinə uyğun olaraq "neqativ" kimi təsdiq edilib. 

Qeyd edək ki, "PASHA Bank" ASC-nin "dayanıqlılıq" reytinqi "b+" səviyyəsində təsdiq olunub.

***

Agentlik "PASHA Bank"ın emitentin defolt reytinqi və dəstək reytinqinin Azərbaycan hökuməti tərəfindən ehtiyac olduqda Banka ehtimal edilən dəstəklə getdikcə möhkəmləndiyini bildirir. "Fitch" bu mənada "PASHA Bank"ın sistem əhəmiyyətli bank olduğunu, törəmə qurumu - "Kapital Bank" ASC ilə bank sektorundakı depozit portfelinin 15%-nə sahib olduğunu, Azərbaycan Beynəlxalq Bankının (ABB) sanasiyası fonunda maliyyə vəziyyətinin yaxşılaşdığını, hökumətlə sıx əlaqələri səbəbindən ən azı yaxın perspektivdə ona dəstək verdiyini bildirib.

Bankın dayanıqlılıq reytinqi möhkəm kapitallaşma, kifayət qədər likvidlik və iqtisadiyyatdakı yavaşlama fonunda pisləşən aktivlərin müvəffəqiyyətlə idarə olunmasına əsaslanıb. Buna baxmayaraq, reytinq təzyiqlər altındadır. Belə ki, neft qiymətlərinin azalması fonunda kreditləşmənin daralması ilə pozulan əməliyyat mühiti, Bankın maliyyələşməsində uzunmüddətli dayanıqlılığın təmin edilməsində müşahidə olunan qeyri-müəyyənlik əsas səbəb kimi göstərilib. 

Son xəbərlər

Orphus sistemi