Bakı. 7 dekabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın "Kapital Bank" ASC-nin uzunmüddətli xarici valyutada kredit reytinqini "BB-" səviyyəsində, proqnozunu isə "stabil" olaraq təsdiq edib. Bununla yanaşı, Agentlik Azərbaycan bankının gələcək reytinq qiymətləndirməsini dayandırdığını bəyan edib.
"Report" xəbər verir ki, reytinq qiymətləndirilməsi prosesinin dayandırılması "Kapital Bank"ın reytinq prosesində iştirakdan imtina etməsi ilə bağlıdır.
Qeyd edək ki, "Fitch" agentliyi 2015-ci il sentyabrın 21-də "Kapital Bank" ASC-nin uzunmüddətli kredit reytinqini "B+"-dan "BB-" və dayanıqlıq reytinqini "b"-dən "b+"-a yüksəldib. Agentlik, kredit reytinqindəki artımı banka lazım olduğunda dövlət dəstəyinin mümkün ehtimalına əsaslanaraq verdiyini bildirib. Dayanıqlıq reytinqi isə bankın dollarlaşma balansının münasib səviyyədə olmasının valyuta risklərinə məhdud təsiri, bankın aktivlərinin keyfiyyəti və rentabelli olması, kapitallaşmanın yüksək səviyyədə olması ilə əsaslandırıb.