"​Fitch" agentliyi "Access Bank"ın kredit reytinqini təsdiq edib

"​Fitch" agentliyi "Access Bank"ın kredit reytinqini təsdiq edib Bankın uzunmüddətli emitent defoltu reytinqi "BBВ-" səviyyəsində təsdiqlənib
Maliyyə
24 Aprel , 2015 17:38
​Fitch agentliyi Access Bankın kredit reytinqini təsdiq edib

Bakı. 24 aprel REPORT.AZ/ "Fitch Ratings" beynəlxalq agentliyi "Access Bank" QSC-nin uzunmüddətli emitent defoltu reytinqini (EDR) “sabit” proqnozla "BBВ-" dərəcəsində, “investment grade” səviyyəsində təsdiqləyib. "Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda deyilir. 

"Access Bank"ın baş meneceri Mixael Hofman (Michael Hoffmann) bildirib ki, “Access Bank"ın investisiya səviyyəsinin "BBВ-" reytinqi üzrə təsdiqlənməsi bankın yüksək sabitliyə və dayanıqlı biznes modelinə malik olduğunu təsdiq edir: "Əksər MDB ölkələrinin iqtisadiyyatının mürəkkəb şəraitdə mövcud olduğu bir zamanda bu reytinqin əldə olunması mühüm əhəmiyyət kəsb edir”.

Həmçinin qısamüddətli EDR reytinqi "F3" səviyyəsində, dayanıqlıq reytinqi "BB-" səviyyəsində, dəstək reytinqi "2" səviyyəsində təsdiqlənib.

Qeyd edək ki, "Fitch" bankın beynəlxalq kredit reytinqini 2014-cü ilin dekabr ayında "BB+" səviyyəsindən "BBВ-" səviyyəsinə yüksəldib. Hazırda "Access Bank" Azərbaycandakı banklar arasında ən yüksək kredit reytinqinə malikdir və Azərbaycanda "investment grade" səviyyəsinə yüksələn yeganə bankdır.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." konsaltinq şirkəti və "Access Holding" tərəfindən yaradılıb. Bank mikro, kiçik və orta ölçülü bisnesin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2 000-dən artıq əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi