Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Finex Kredit" ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
"Report"un Bakı Fond Birjasına (BFB) istinadən verdiyi xəbərə görə, emissiya prospektinə əsasən, emissiyanın həcmi hər bir istiqrazın nominal dəyəri 500 dollar olmaqla 400 min ABŞ dolları təşkil edir. İstiqrazlar üzrə gəlirlilik illik 14%, tədavül müddəti 720 gündür.
Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. Emissiyanın anderrayteri qismində isə “Texnika Kapital Menecment” MMC çıxış edəcək.