"Finex Credit" yeni istiqraz emissiyasına hazırlaşır

"Finex Credit" yeni istiqraz emissiyasına hazırlaşır Qeyri-bank kredit təşkilatının qiymətli kağızları listinqə daxil edilib
Maliyyə
24 Dekabr , 2015 18:16
Finex Credit yeni istiqraz emissiyasına hazırlaşır

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Finex Credit” ASC-nin (qeyri-bank kredit təşkilatı) qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib.

"Report"un verdiyi xəbərə görə, “Finex Credit”in faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının BFB-da yerləşdirilməsinə dekabrın 25-dən etibarən başlanılması nəzərdə tutulur.

Emissiyanın həcmi bir istiqrazın nominal dəyəri 500 dollar olmaqla, 195 min dollar təşkil edir. İstiqrazlar üzrə illik gəlirlilik 14%-dir.

Emissiyanın yerləşdirilməsində anderrayter qismində "Texnika Kapital Menecment" MMC çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi