​"Finex Group"a daxil olan şirkətlərin səhmdarlarının yığıncağı keçiriləcək

​"Finex Group"a daxil olan şirkətlərin səhmdarlarının yığıncağı keçiriləcək Söhbət "Finanslizinq" və "Finex Kredit"dən gedir
Maliyyə
23 İyul , 2016 10:50
​Finex Groupa daxil olan şirkətlərin səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 23 iyul. REPORT.AZ/ Avqustun 22-də "Finex Group"a daxil olan iki şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, söhbət "Finanslizinq" ASC və "Finex Kredit" bank olmayan kredit təşkilatıdan gedir.

Hər iki yığıncaq şirkətlərin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rüstəm küçəsi,11 ünvanında baş tutacaq. Səhmdarlar maliyyə qurumlarının fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcək.

Xatırladaq ki, "Finanslizinq" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyeva, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova məxsusdur.

"Finex Kredit" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 88%-i "Finanslizinq"ə, qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi