​"FINCA Azerbaijan" ofis şəbəkəsini optimallaşdırır

​"FINCA Azerbaijan" ofis şəbəkəsini optimallaşdırır Təşkilat bəzi kiçik ofislərini əsas filiallara birləşdirib
Maliyyə
21 İyun , 2016 10:06
​FINCA Azerbaijan ofis şəbəkəsini optimallaşdırır

Bakı. 21 iyun. REPORT.AZ/ "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı (BOKT) ölkə üzrə 6 ofisini filiallarına birləşdirib. Bu barədə "Report"a BOKT-dan bildirilib.

Məlumata görə, optimallaşdırma tədbirləri çərçivəsində filial və ofislərin yenidən qiymətləndirilməsi aparılıb. Mövcud filiallar vasitəsi ilə müştərilərə daha yaxşı xidmət göstərilməsi mümkün olan ərazilərdə bir-birinə yaxın və həcmcə kiçik olan ofislərdən bir neçəsi əsas filiallara birləşdirilib.

Son nəticədə "FINCA Azerbaijan"ın filial və ofislərinin sayı 64-dən 58-dək azalıb.

Son xəbərlər

Orphus sistemi