"FINCA Azerbaijan" kredit ödənişləri ilə bağlı müştərilərə güzəştlər təklif edir

"FINCA Azerbaijan" kredit ödənişləri ilə bağlı müştərilərə güzəştlər təklif edir Hazırda kredit ödənişlərində çətinlik çəkən hər bir müştəri "FINCA"nın filiallarına yaxınlaşa bilər
Maliyyə
11 Mart , 2016 14:32
FINCA Azerbaijan kredit ödənişləri ilə bağlı müştərilərə güzəştlər təklif edir

Bakı. 11 mart. REPORT.AZ/ “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı hazırkı iqtisadi şəraitdə kredit ödənişlərində çətinlik çəkən müştərilərinə fərdi yanaşma şərti ilə güzəştlər təklif edir. Bu barədə “Report”a təşkilatın mətbuat ximdətindən məlumat verilib.

Təşkilat müştərinin istəyinə uyğun olaraq hər iki valyutada olan kreditlərin ödəniş müddətini uzatmaq, dollar kreditlərini manata konvertasiya etmək, gözləmə müddəti və illik faiz endirimləri vermək və fərdi ehtiyaclara uyğun digər güzəştlər etməyi nəzərdə tutur.

“FINCA Azerbaijan”ın açıqlamasında deyilir ki, bu güzəşt təklifləri devalvasiyadan sonra yaranmış iqtisadi mühitdə müştərilərə kredit öhdəliklərini zəifləmiş ödəniş qabiliyyətlərinə uyğun geri ödəməyə şərait yaratmaq və onlara müsbət kredit tarixçələrini qorumağa kömək etmək məqsədi daşıyır.

Hazırda kredit ödənişlərində çətinlik çəkən hər bir müştəri "FINCA"nın filiallarına yaxınlaşaraq bu imkanlardan faydalana bilər.

Son xəbərlər

Orphus sistemi