"Finanslizinq" istiqraz buraxacaq

"Finanslizinq" istiqraz buraxacaq İstiqrazlar 2 il müddətində tədavüldə olacaq və illik gəlirliliyi 9% təşkil edəcək
Maliyyə
11 İyul , 2016 10:49
Finanslizinq istiqraz buraxacaq

Bakı. 11 iyul. REPORT.AZ/ "Finanslizinq" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bu barədə "Report"a şirkətin İdarə Heyətinin sədri Elşad Nəsibov məlumat verib.

Onun sözlərinə görə, iyulun 8-də baş tutan yığıncaqda səhmdarlar 800 min ABŞ dolları məbləğində istiqraz emissiyasının həyata keçirilməsi barədə qərar qəbul ediblər. Söhbət hər birinin nominal dəyəri 500 dollar olacaq 1600 istiqrazdan gedir.

E.Nəsibov deyib ki, istiqrazlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9% təşkil edəcək. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri qismində "Kapital Menecment İnvestisiya Şirkəti" ASC çıxış edəcək.

Xatırladaq ki, "Finanslizinq" şirkəti 2007-ci ilin may ayından fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1000 manat olan 1000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb.

Lizinq şirkətinin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Şıxəlizadə Tokay Murad oğluna, 13,1%-i Tağıyev Murğuz Elşən oğluna, 12%-i İbrahimov Ramiz İbrahim oğluna, 12,7%-i Cavadov Azad Malik oğluna, 10%-i Şərifov Mobil Famil oğluna məxsusdur. 

Son xəbərlər

Orphus sistemi