"Finance Leasing" şirkəti birjanın listinqinə qəbul edilib

"Finance Leasing" şirkəti birjanın listinqinə qəbul edilib Şirkət sabahdan korporativ istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
Maliyyə
24 Dekabr , 2015 17:50
Finance Leasing şirkəti birjanın listinqinə qəbul edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Finance Leasing” ASC-nin qiymətli kağızları BFB-da standart bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, “Finance Leasing”in faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının BFB-da yerləşdirilməsinə dekabrın 25-dən etibarən başlanılması nəzərdə tutulur.

Emissiyanın həcmi bir istiqrazın nominal dəyəri 500 dollar olmaqla, 250 min dollar təşkil edir. İstiqrazların tədavül müddəti 1 080 gün, illik gəlirliliyi 14%-dir.

Emissiyanın yerləşdirilməsində anderrayter qismində "Texnika Kapital Menecment" MMC çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi