​Fevral ayında 83 ədəd Yaşıl Kart müqaviləsi bağlanılıb

​Fevral ayında 83 ədəd Yaşıl Kart müqaviləsi bağlanılıb Beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 13 927 manat təşkil edib
Maliyyə
2 Mart , 2016 20:51
​Fevral ayında 83 ədəd Yaşıl Kart müqaviləsi bağlanılıb

Bakı. 2 mart. REPORT.AZ/ Fevral ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyəyə səfər edən avtonəqliyyat vasitələri üçün 83 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 13 927 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 19-u minik, 34-ü yük, 30-u isə qoşqu kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 12 manat, ən yüksək sığorta haqqı 440 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi